Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq

Kadırov: “Məscidin inşası demək olar ki, başa çatıb, hazırda ətrafda abadlaşdırılma işləri aparılır”.

Avqustun 23-də Çeçenistanın Şali şəhərində 20 min nəfər tutumu olan Avropanın ən böyük məscidi, həmçinin Quran hafizləri məktəbinin açılış mərasimi baş tutacaq.

Din.az AZƏRTAC-a istinadən bildirir ki, Çeçenistan Prezidenti Ramzan Kadırov məscidin inşasının demək olar ki, başa çatdığını və hazırda ətraf ərazidə abadlaşdırılma işlərinin aparıldığını deyib.

“Bu möhtəşəm kompleks nəinki Şalinin yaraşığı, həm də respublikanın ən cəlbedici yerlərindən biri olacaq”, – deyə Çeçenistan rəhbəri bildirib.

Tikintisinə 2012-ci ilin dekabrında başlanılan məscid 5 hektardan artıq ərazidə inşa edilib. Günbəzinin hündürlüyü 43 metrə çatan məscidin ətraflarında hər biri 63 metr hündürlüyündə 4 minarə ucaldılıb. İbadətgahın ərazisini 12 fəvvarə bəzəyəcək.

Regional müftiliyin məlumatına əsasən, Çeçenistan Respublikasının ərazisində 1100-dən çox məscid fəaliyyət göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...