Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çeçenistanda Ramazan ayında sərxoşluq edən 3 gənc üzr istədi

“Bilirəm ki, bu, yaxşı deyildi və ədəbsizcəsinə idi. Üzr istəyirəm.”

Rezonansa səbəb olan videonun iştirakçıları üzr istəyiblər.
Din.az xəbər verir ki, Çeçenistanın 3 sakini Ramazan ayında spirtli içki içdiklərinə görə ictimaiyyət qarşısında üzr istəyib.

Xatırladaq ki, Çeçenistan sakini olan sərxoş gənclərin Dağıstanda mağazalardan birində spirtli içki almasını əks etdirən video internetdə rezonansa səbəb olmuşdu.

“Mağazaya girdik, (spirtli içki) aldıq, bir az dincəlmək istədik. Bilirəm ki, bu, yaxşı deyildi və ədəbsizcəsinə idi. Üzr istəyirəm. Bir də (bu cür halın) təkrarlanmamasına çalışacağıq”, – deyə sözügedən videdakı gənclərdən biri olan Maqomed Baziyev bildirib.

Maraqlıdır ki, həmin 3 gənci zahirən bu cür rəftarda şübhəli bilmək qeyri-mümkündür. Onların hər biri, dindarlıq əlaməti olan saqqal saxlayırlar. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...