Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qafqazın ən böyük dini məbədi tapıldı – FOTO – VİDEO

Arxeoloqlar Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbədin izinə düşüblər

Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkarlanıb.

“Din.az” xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib. Onun sözlərinə görə, ərazidə aparılan qazıntılar zamanı  müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb. Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda  ilk dəfə rast gəlinən qədim dini məbədin izinə düşüblər.

Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun qənaətincə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı odundan istifadə olunduğunu göstərir.

Qazıntıların nəticəsi olaraq ərazidə məbəddən əlavə, bir uşaq, bir böyük qəbri aşkar olunub.

Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayış məskənində 6-cı mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümunələr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq.

2016-08-11-hnxsSj-celilabadda-qedim-mebed-ashkarlanib

459750_02_10019316

29724413-ed4d-4205-b8f5-3abd32676716

9ad835f3-c814-4f32-b681-5e32d8d552c2_292

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...