Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Cənnətə 1-ci daxil olacaq şəxs

Uca Allah Peyğəmbərinə belə deməyi əmr edir: “Mənə və sizə nə ediləcəyini də bilmərəm” (“Əhqaf” surəsi, 46/9).

SUAL: “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi nə dərəcədə səhihdir?

Cavab: Bu hədis Cəlaləddin əs-Süyutinin “Camiul-əhadis” (5666 və 5667-ci hədislər) və Heysəminin “Məcməuz-zəvaid” (Fitən, 12547-ci hədis) adlı əsərlərində qeyd olunub.

Heysəmi qeyd edir ki, bu hədisin rəvayət zəncirindəki Müaviyə ibn Vahibi tanımır.

Bu hədisə Quran baxımından yanaşdıqda isə məlum olur ki, səhih (düzgün, mötəbər) deyil. Çünki Allah Quranda peyğəmbərimizə belə deməyi əmr etmişdir:

“De: Elçilərin birincisi mən deyiləm. Mənə və sizə nə ediləcəyini də bilmərəm. Mən sadəcə olaraq mənə vəhy olunana tabe oluram və yalnız açıq-aşkar bir xəbərdarediciyəm” (“Əhqaf” surəsi, 46/9).

Ayədə də qeyd olunduğu kimi, özü ilə belə necə rəftar olunacağını bilmədiyini deyən peyğəmbərin “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” deməyi, yəni, bu cür bir şərh verməyi mümkün görünmür.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...