Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Cənub bölgəmizdəki MƏSCİDLƏR – VİDEO

Qədim və tarixi məscidlər…

Məscidlərin, dini və tarixi abidələrin çoxluğu ilə seçilən bölgələrimizdən biri də Cənub bölgəsidir.

İlk olaraq Lənkəran şəhəri Böyük Bazar Məscidindən başlayaq. Məscid şəhərin Böyük Bazar deyilən ərazisində yerləşir və tarixinə görə ən qədim məscid sayılır.

Məscid XIX əsrin ilk illərində inşa edilib. Sahəsi 500 kv.metr, tutumu 550 nəfərdir. Sovet dövründə dağıdılmış minarəsi 1995-ci ildə yenidən bərpa edilib. Minarənin hündürlüyü 36 metrdir. Məscid ölkə əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.

“Din.az” “Xəzər” TV-yə istinadən Cənub bölgəmizdə olan digər məscidlərlə bağlı hazırladığı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...