Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Cənubi Afrikada Pasxa ayinləri zamanı kilsə çöküb, 13 nəfər ölüb

Pasxa ayinləri zamanı kilsə binasının bir hissəsi çökdü.

Cənubi Afrikada Pasxa ayinləri yerinə yetirilən zaman kilsə binasının bir hissəsinin çökməsi nəticəsində azı 13 nəfər ölüb.

Din.az bildirir ki, bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Yerli “News24” portalının məlumatına görə, hadisə cümə gününə keçən gecə ölkənin şərqindəki Kvazulu-Natal əyalətində baş verib.

Vilayətin Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi Robert Makkenzinin sözlərinə görə, çökmə hadisəsinə vilayətin şimalında uzun müddətdir yağan leysan yağışı səbəb ola bilər.

Qeyd olunur ki, hadisə nəticəsində azı 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...