Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Cənubi Azərbaycanlı qız Koreyada 1-ci yeri tutdu

Urmiya şəhərindən olan Zəhra Zaviyə müsabiqədə birinci yeri tutdu.

Cənubi Koreyada keçirilən 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (WMI – World Mathematics Invitational) qalibləri müəyyən olub.

Din.az xəbər verir ki, İnçeon şəhərində baş tutan müsabiqədə Güney Azərbaycanın Urmiya şəhərindən olan Zəhra Zaviyə müsabiqədə birinci yeri tutaraq qızıl medala layiq görülüb:

“Urmiya şəhərindən olan Zəhra Zaviyə İran şagirdləri komandasının üzvü kimi elmi rəqabətdə qızıl medala layiq görüldü. O, Urmiyanın “Fərzanəqan” orta məktəbinin şagirdidir”, – deyə Urmiyanın 1-ci Məntəqə Təhsil Şöbəsinin rəisi Qəhrəman Əşrəf Nəcəfabad qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...