Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çevriliş komandanı bu şəhərdədir – Gizli məktub

Türkiyədə FETO-ya qarşı mübarizə davam edir.

FETÖ terror qruplaşmasının “Hava qüvvələri komandanı”, çevriliş cəhdinin ən fəal simalarından biri sayılan Adil Öksüzün Almaniyanın paytaxtı Berlin şəhərində gizləndiyi məlum olub.

Din.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə gizli məktub daxil olub.

Məktubda göstərilən ünvana yollanan agentliyin müxbirləri evin S.Yaşar adlı şəxsə məxsus olduğunu öyrənib. Bundan sonra ətrafda araşdırma aparan jurnalistlər qonşulardan heç kimin Yaşar soyadlı şəxsi tanımamasını şübhəli hal kimi qiymətləndirib.

Berlində gizləndiyi ehtimal olunan Adil Öksüzə Almaniyada yaşayan iş adamı Əli.A-nın himayədarlıq etdiyi bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...