Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Çexiya ölkəsində müsəlman immiqrant istəmir

Ölkənin prezidenti müsəlman miqrantların ölkəyə təhlükə saçdığını deyib

Çexiya prezidenti Miloş Zeman müsəlman immiqrantlarla bağlı açıqlama verib. O qeyd edib ki,  Avropa ölkələrinin özlərində də digər ölkəyə köçənlər çoxdur, amma bu, qitə içində reallaşır.

“Müsəlman immiqrantlar isə avropalıların əksi olan mədəniyyətə sahibdirlər. Buna görə də, onların Avropa cəmiyyətinə inteqrasiya ola bilmələri ilə bağlı şübhəm var”.

“Din.az” xəbər verir ki, son dövrlərdə Avropaya çoxlu sayda qaçqınların gəlməyinin sonralar ağır problemlər törədəcəyini deyən Zeman, “müsəlman immiqrantlar Çex Respublikasına və ümumlikdə Avropaya qəbul edilməməlidir” deyib. Zeman bildirib ki, İŞİD-in fəaliyyəti səbəbindən Avropadakı təhlükəsizlik əvvəlki illərlə müqayisədə daha pisdir:

“Bu səbəbdən NATO İŞİD-ə qarşı hərəkətə keçməlidir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...