Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Çexiyadan qalmaqal yaradacaq “Müsəlman” açıqlaması

Müsəlmanların ölkəyə buraxılmasını istəmir…

Çexiya prezidenti Miloş Zeman müsəlman ölkələrdən gələn miqrantların Çex Respublikasına qəbul edilməməsini irəli sürüb.

Prezidentin sözçüsü Jiri Ovcacek müxbirlərə verdiyi açıqlamada, prezident Miloş Zemanın müsəlman ölkələrdən gələn miqrantların ölkəyə qəbul edilməsinin təhlükəli və terror təhdidi mənasına gəldiyini bildirib.

Zemanın sığınmacı qəbul edilməsinə dair fikrinə qəti şəkildə qarşı çıxdığını bildirən Ovcacek “Fransa və ya Almaniyada yaşananlara bənzər şəkildə terror hadisələrinin ölkəmizdə də olmasına izin verə bilmərik. Miqrantların qəbul edilməsi Çexiya Respublikasında barbar hücumların təşkil olunmasına zəmin yaradar” deyə qeyd edib.

Hökumətin daha əvvəl İtaliya və Yunanıstandan 2 min 691, Türkiyədən isə 80 miqrant qəbul edəcəyinə söz verdiyini xatırladan Ovcacek, “Prezident hökumətin verdiyi sözü nəzərdən keçirməsini tələb edəcək. Zemana görə Çexiya Respublikası daha çox miqrant qəbul etməməlidir” deyib.

Xatırladaq ki, bundan əvvəl Çexiya prezidenti Zeman, Müsəlmanların Avropa cəmiyyətinə inteqrasiya ola bilməyəcəyini irəli sürmüşdü.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...