Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çexiyanın Müslüm imtahanı – Yıldırım danışdı

Binəli Yıldırım: “Bu gün NATO müttəfiqimiz Çexiyanın imtahan günüdür”.

Saleh Müslümün təhvil verilməsi üçün işlərə başlamışıq.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

“Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirliklərimiz məsələni yaxından izləyir. Bu gün NATO müttəfiqimiz Çexiyanın imtahan günüdür. Ümid edirəm Çexiya terrorla mübarizədə həssaslığımızı görər və bu terrorçunu bizə təhvil verər.

Qeyd edək ki, bundan öncə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül PYD lideri Saleh Müslümün Türkiyədə həbsdə olan iki çexiyalı terrorçu ilə dəyişdirilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi. Nazir qeyd etmişdi ki, Çexiyada aparılan məhkəmə prosesində Saleh Müslüm barədə 16-40 gün arası müvəqqəti həbs qərarı qəbul edilə bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...