Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ceyran dərisindən qızıl yazılı dini kitab belə ələ keçirildi

Polis təşkil etdiyi əməliyyatda Tövrat kitabı ələ keçirdi.

Türkiyənin Adana şəhərində polis tərəfindən təşkil olunan əməliyyatda ceyran dərisi üzərində qızıl yazılı Tövrat kitabı ələ keçirilib.
Din.az bildirir ki, Adana polis mərkəzinə verilən məlumata görə, 3 şəxsin tarixi əsər qaçaqçılığı etdiyi və Denizli məhəlləsində tarixi əsəri satacağı məlumatı çatıb. Xəbərdarlıqdan sonra hərəkətə küçən polis işçiləri şübhəliləri Denizli məhəlləsində yaxalayıb. Polis şübhəlilərdən birinin çantasında apardığı axtarış zamanı ceyran dərisi üzərinə qızıl yazılı Tövrat tapıb. Hadisə ilə bağlı A.A, İ.M və gözdən əlil olduğu deyilən M.M saxlanılıb.
Ələ keçirilən kitab araşdırma məqsədilə muzey müdirliyinə göndərilib. Şübhəlilər isə sorğularında kitabdan xəbərləri olmadıqlarını, birinin çantaya qoymuş ola biləcəyini bildiriblər.

Saxlanılan 3 şəxs “tarixi əsər qaçaqçılığı” cinayəti ilə həbs olunublar. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...