Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

CHP-nin Fələstin afişasındakı 4 gülünc səhv – Foto

Kəbə Fələstində deyil, Məkkədə yerləşir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) seçki stendində asılan Fələstinlə bağlı afişa sosial şəbəkə istifadəçilərinin iradına səbəb olub.

Din.az xəbər verir ki, sözügedən afişada eyni anda 4 səhvin aşkarlanması şəbəkə istifadəçilərində gülüş doğurub.

“Kəbənin bir daşına toxunsalar, bütün ordumu göndərərəm” – Atatürkün dilindən deyildiyi iddia edilən bu sözlərin də yer aldığı afişadakı səhvləri təqdim edirik:

1. Kəbə Fələstində deyil, Məkkədə yerləşir.

2. Afişada yer alan bayraq Fələstinin deyil, İordaniyanın bayrağıdır.

3. Afişada yer alan ifadə Mustafa Kamal Atatürkə məxsus deyil.

4. Türk dilində sözün düzgün yazılışı “yanlız” deyil, “yalnız” olmalıdır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...