Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3KİLSƏ YANDIRILDI

Papanın səfərinə etirazlar davam edir.

Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir.

Din.az bildirir ki, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb.

Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.

Qeyd edək ki, Roma Papasının Cənubi Amerikaya səfəri yanvarın 15-dən başlayıb.

Bu gün Papa I Fransisk Temuko şəhərində hindu icması ilə görüşəcək. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...