Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Çin bu müsəlman ölkəsində ilk hərbi bazasını yaradır

Çin Əfqanıstana azı 1 batalyon göndərmək niyyətindədir.

Sözügedən baza Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində yerləşəcək.

Din.az bildirir ki, Çin Əfqanıstan ərazisində ilk hərbi-təlim bazasının inşasına başlayıb.

Sözügedən baza Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində yerləşəcək.

Məlumata görə, Çin tərəfi əfqan həmkarlarının hazırlaşdırılması üçün Əfqanıstana azı 1 batalyon göndərmək niyyətindədir.

Bazanın yerləşəcəyi Vahə dəhlizi dağlarda 3 ölkə – Tacikistan, Pakistan və Çin ilə sərhəd olan ensiz xətdən ibarətdir.

Qeyd edilir ki, bu Çinin qonşu Əfqanıstan ərazisindəki ilk hərbi mövcudiyyətidir. Məlum addımın məqsədi isə Əfqanıstan ərazisində təlim keçmiş terrorçuların Çin ərazisinə soxulmasının qarşısını almaqdır. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...