Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Cin çıxarma” nədən xəbər verir? – Sosioloqdan açıqlama

“Cin çıxarma” məsələsində dinin adının hallanması doğru deyil”.

Şabran rayonunda 6 nəfər bir şəxsi döyərək öldürüb. Belə ki, onlar psixoloji problemləri olan 25 yaşlı Murad Soltanovu bədənindən “cin çıxarmaq” üçün çubuqla döyüblər. Onu öldürdükdən sonra elə həmin evin həyətində basdırıblar.

Təbii ki, insanın kosmosa uçduğu bir vaxtda belə bir xəbərin faktın baş verməsi cəmiyyətdə əsl sensasiya yaradıb.
Din.az bildirir ki, Metbuat.az “XXI əsrdə necə olur ki, belə hadisə baş verir” sualı ilə sosioloq Aslan Abbaszadəyə müraciət edib.

Sosioloq bildirib ki, belə bir xurafatın hələ də davam etməsinin əsas səbəbi insanların məlumatsızlığından istifadə edən “dəllal”ların, fırıldaqçıların mövcudluğudur: “Görün, nə qədər rüsvayçı bir həddə çatıb ki, bu şəxslər “cin çıxarmaq” adı ilə dəstə yaradıb və uzun illər bu işlə məşğul olublar. Yalnız bir gəncin nar çubuğu ilə döyülməsindən sonra məsələnin üstü açılıb”.

Ekspert daha sonra bildirib ki, bu məsələdə dinin adının hallanması doğru deyil: “İslam dininin müqəddəs kitabının ilk sözü “oxu”dur. Amma ortaya çıxan bir qrup fırıldaçqı insanların din haqda məlumatının azlığından sui-istifadə edərək onları əməlli-başlı istismar edir. Nəticədə ortaya belə bir gülünc mənzərə çıxır. Bu hadisə birbaşa onu göstərir ki, cahilliyin kökündə kitabsızlıq dayanıb, insanlar oxumur, mütaliə etmir, elmdən qaçıblar. Rasional təfəkkürlərinin üstünü toz basıb. Ümidsiz durumda özlərini həkimə deyil, hansısa xurafatçıya, əllaməyə əmanət edirlər”.

Sosioloq çıxış yolu kimi sistemli maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini qeyd edir: “Gənc nəslə hansı cəmiyyəti qoyub gedirik? Onlara hansı gələcəyi vəd edirik? Bunlar çox önəmlidir, kitabı təbliğ etmək, təhsil almaları üçün can qoymaq lazımdır. Cəhalət xərçəng xəstəliyi kimidir. Cəmiyyəti sağlamlaşdırsaq, xurafat, cahillik, gerilik, nadanlıq öz-özünə tarixin arxivinə tullanacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...