Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çin Ərəb dünyasına doğru addım atır

Yeni model İpək Yolları, Müsəlman Disneyləndlər…

Ərəb dünyasındakı varlığını hər sahədə daha çox hiss etməyə və əlaqələrin gələcəyinə dair yol xəritəsi cızan və ilk dəfə “Ərəb Siyasət Sənədi” hazırlayıb ictimaiyyətə çatdıran Çin rəhbərliyi, “Dünya Müsəlman Şəhəri” layihəsi ilə bu istiqamətdə yeni addım atmağa hazırlaşır.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, “Hui Mədəniyyət Parkı” adı ilə də tanınan layihə, ölkənin qərbində Çinli Müsəlmanların yaşadıqları Yinçuan yaxınlığında 2012-ci ildə inşa edilməyə başlandı və 2020-ci ildə tamamlanması planlaşdırılır.

Çinin 3,7 milyard dollar vəsait ayırdığı və Sincan əyalətində deyil də, ölkənin qərbindəki Ningxia əyalətində, çin əsilli müsəlmanların yaşadıqları paytaxt Yinçuan şəhərində həyata keçirməyi qərarlaşdırdığı layihə, kommunist rejimlə idarə edilən Çin bu proyektlə regional və qlobal müsəlman toplumlara vermək istədiyi ismarıcların yanında, həm də maddi-mənəvi təchizatı, iqtisadi inkişafı və qlobal imic kimi müxtəlif yönlərdən gözə girməyi məqsəd güdür.

ÇİN-ƏRƏB ölkələrinin yaxınlaşması…

Çin, 1980-ci illərin əvvələrindən başlayaraq sərgilədiyi iqtisadi inkişaf çərçivəsində başda neft olmaqla ehtiyac duyduğu enerji qaynaqları səbəbiylə Ərəb dünyasına yaxınlaşmağa meyl göstərdi. 2000-ci ildə isə Çin artıq iqtisadi gücü ilə yanaşı, dünya siyasətində də güc mərkəzi olmağa doğru irəliləyirdi. Bu mənada inkişaf göstərən Çin, dünya ölkələri ilə iqtisadi və ticarət sahələrində yaxınlaşmağa başladı. Bu müddət ərzində Çin ilə Ərəb ölkələri arasındakı münasibətlərdə hərbi əməkdaşlıq, sərmayələr, kredit kimi vasitələrlə yeni bir yaxınlaşma meydana gəldi. Daha sonra Çin-Ərəb Əməkdaşlıq Forumu, Çin-Ərəb Dostluq Konfransları ilə Çin-Ərəb əlaqələri Mədəniyyətlərarası Dialoq iclasları bir-birini əvəzlədi.

Çinin dövlət başçısı Şi Çinpingin bu ilin əvvəlində Misir və Səudiyyə Ərəbistanı kimi Ərəb dünyasının iki əhəmiyyətli ölkəsinə etdiyi səfər çərçivəsində ortaya qoyulan “Ərəb Siyasət Sənədi”də, əlaqələrin yalnız bu iki ölkə ilə məhdud olmadığını göstərir. Əksinə, Çin rəhbərliyi, İslam ölkəsi olan Ərəb dünyasını bütün olaraq ələ aldığını, sözügedən sənəddə Ərəb Birliyini yanında almasıyla göstərir.

Çinin Ərəb ölkələri ilə qurduğu və qurmaqda davam etdiyi əlaqə enerjidən təhsilə, mediadan sülh məsələlərinə qədər texnologiya, mədəniyyət, investisiya, iqtisadiyyat kimi bir çox mövzunu əhatə etməsi ilə, sanki 2015-ci ildə Afrikada olduğu kimi, ərəblərə təşəbbüs edir.

Məqsəd nədir?

Bir müddətdir Sincan əyalətində uyğurlara yönələn etnik şiddətə qarşı Çin, ölkədə müsəlmanların sadəcə uyğurlardan ibarət olmadığını, sözügedən “Müsəlman Şəhəri” layihəsini Hui etnik qurumuna mənsub müsəlmanların yaşadığı bir bölgədə ortaya qoyaraq görmək istəyir. Tarixin müxtəlif dövrlərində islamiyyətə dəyər verən bu kütlə “Hui Müsəlmanları” olaraq tanınır. Təməldə eyni mədəniyyət köklərindən gəlmiş olmaları Huilərin Çin kommunist rejimi və geniş Çin cəmiyyəti ilə əlaqələrinin uyğurlarınkından fərqli olduğu görünə bilər.

Digər tərəfdən Çin rəhbərliyinin “Hui Mədəniyyət Parkı” adını verdiyi layihə ilə, kommunist rejimin nümayiş etdirdiyi və ya arzu etdiyi bir İslam dini və mədəniyyətinin yaradılmasını öz əlləri ilə ortaya qoymağa çalışması bunu söyləməyə imkan verir. Bu mənada “Müsəlman Şəhəri” layihəsi ilə Çin dövləti İslam mədəniyyəti mövzusunda müxtəlif məkanlar, tikililər və tədbirlərə sahiblik edəcəyi düşünülürsə, “Çin Müsəlman Şəhəri” imicini yaratmış olacaq.

Ancaq Çin Sincan əyalətindəki “Müsəlman Şəhər” layihəsi ilə iki hədəfini gerçəkləşdirmək istəyir:

  • Ölkənin İslam və İslam dünyası ilə bağlı qlobal imicini yeniləmək;
  • İkincisi isə “Ərəb Siyasət Sənədi”ndə ortaya qoyulan ərəb ölkələri ilə qurulması planlanan əhatəli işbirliyini təsis etmək.

Yeni model İPƏK YOLLARI…

“Disneyland”in inşasının Çin-Ərəb əlaqələrindəki iqtisadi ölçüsünün olduğuna heç şübhə yoxdur. Əvvəlcə sərmayə olaraq əlinə aldığında Çinin dövlət başçısı Şi Çinping tərəfindən ilk dəfə 2013-cü ildə gündəmə gətirilən və bu ilin əvvəlində Misir ziyarətində çıxışı zamanı üzərində durduğu “Qara və dəniz ipək yolları” layihəsi ilə Çin ərəb ölkələri ilə birləşir. “Qara ipək yolu”nun qərbindən keçən Yinçuan şəhəri diqqət mərkəzində olmağa namizəddir.

Çin rəhbərliyi İpək Yolları layihəsi ilə həm regional, həm də qlobal infrastruktur sərmayələrini, ticarət və siyasi əlaqələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihəyə “İpək Yolu İqtisadiyyat Qurşağı” adının verilməsi də bunun göstəricisidir. “Müsəlman Şəhər”in inşa ediləcəyi Yinçuan şəhəri də ölkənin geridə qalmış qərb bölgəsinin də, qədim İpək Yolu ilə önə çıxmasını şərait yaradacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...