Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Çin, şərqi türküstanlılardan “oruc tutmayacaqlarına dair” imza istədi!

Şərqi Türkistandakı müsəlmanlara qarşı zülmün hansı dərəcədə olduğu aşkardır

Çinin gətirmiş olduğu qadağalarla dünyanın ən böyük “açıq hava həbsxanasına” çevrilən Şərqi Türküstandan qadağa xəbərləri gəlməkdə davam edir.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Çin, 6 iyun bazar ertəsi günü Şərqi Türküstanın paytaxtı Urumçidə şərqi türküstanlı məmur, şagird və uşaqlara “Ramazan ayında oruc tutmayacağam” şəklində yazılı bəyanatlarının altına imza atdırıb.

Rəsmi olaraq 14 ildir oruc tutmağın qadağan olunduğu Şərqi Türküstanda 2 gün əvvəl “qadağan olunduğu halda oruc tutduqları və oruc tutmağa təşviq etdikləri” səbəbilə 17 nəfər şərqi türküstanlı müsəlman həbs olunub.

“Uşaqlarınızı İslamdan uzaq tutun”

Bundan başqa Çin, 4 iyun şənbə günü şərqi türküstanlı vəlilərin hər birinə məktub göndərərək,“Uşaqlarınızı İslamdan uzaq tutacaqsınız, əks halda haqqınızda məhkəmə iddiası qaldırılacaq” təhdidini edib.

Şərqi Türkistanın paytaxtı Urumçidə yerləşən 46-cı Lisey Müdirliyinə 4 iyun şənbə günü Çin Kommunist Partiyası tərəfindən ailələrə imzalanmaq üçün məktublar göndərildi. Məktubların məzmunu isə Şərqi Türkistandakı müsəlmanlara qarşı zülmün hansı dərəcədə olduğunu aşkarca göstərməkdədir.

Bir çox qadağanı özündə ehtiva edən məktubun diqqət çəkən nüansları belədir:

Hörmətli, Vəli!

Uşaqlarınızın namaz qılmaları, məscidə getmələri, oruc tutmaları, dini fəaliyyətlərdə olmaları, dini paltarlar geyinməyi, hər hansı bir dinə inanmaları təhlükəli və qadağandır.

Uşaqlarınıza radikal dinçiliyi və şiddəti öyrədən səsli və görüntülü hər cür materialın istifadəsi qəti şəkildə qadağandır.

Uşaqlarınızın mobil telefonlarında radikal dinçiliyə və şiddətə dair qısa mesajları qəbul etmələri və bu cür mesajları başqaları ilə paylaşmaları və yaymaları qəti qadağandır.

Uşaqlarınızın inkişafında Çin Kommunist Partiyasının təyin etdiyi siyasi və ideoloji düşüncənin formalaşmasında və inkişafında lazımi maraq və diqqətin göstərilməsi vacibdir.

Yuxarıda maddələr şəklində ifadə edilən bəndlərə nəzarət və məsuliyyətin vəlilərdə olub, bu öhdəlikləri əhəmiyyətlə yerinə yetirmələri, əks halda haqqlarında məhkəmə iddiası qaldırılacağı xəbərdarlıq edilir.

Çinin şərqi türküstanlı vəlilərə göndərmiş olduğu məktubun əsli…

belge_3

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...