Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Çin uyğurlara qarşı repressiya ilə bağlı xəbərlərə münasibət bildirdi

Çin və onun yürütdüyü siyasətə qara yaxan bəyanatlar səsləndirilir.

Çinin Sincan-Uyğur muxtar rayonunda “islah düşərgələrində” bir milyona yaxın uyğur türkünün saxlanılması ilə bağlı yayılan məlumatlar saxtadır.

Din.az bildirir ki, bu barədə Çinin Xarici İşlər nazirinin müavini Çjan Xanxuey mətbuat konfransında açıqlama verib.

“Beynəlxalq ictimaiyyətin bəzi üzvlərinin Çinin inkişafını gözü götürmür. Onlar əsassız ittihamlar irəli sürür, Çin və onun yürütdüyü siyasətə qara yaxan bəyanatlar səsləndirirlər. Bu insanlar “soyuq müharibə” dövrünün “zombiləridir”. Onlar etik normaları unudub, istənilən əsassız və ağlasığmaz hekayələrə və şərhlərə əl atırlar”, – deyə diplomat bildirib.

2018-ci ilin avqust ayında BMT-nin irqi ayrıseçkiliyə qarşı ekspert komitəsinin hesabatında, Sincan-Uyğur muxtar rayonunun “islah düşərgələrində” bir milyona yaxın etnik uyğurun saxlanılması ehtimalı irəli sürülmüşdü.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...