Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Çin zabiti Quran oxuduğuna görə türkü amansızcasına qamçıladı – FOTO/VİDEO

Türküstan əyalətində uyğur türklərinə qarşı zülm davam edir.

Çinin “Sintzyan” adlandırılmış qədim Türküstan əyalətində uyğur türklərinə qarşı zülm, təhqir və vəhşiliklərlə bağlı xəbərlər yayılmaqda davam edir.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsində Çin zabitinin uyğur türkünün oxuduğu Quranı əlindən almaq üçün onu qamçı ilə amansızcasına döyməsi görüntülənib.

Əldə etdiyimiz son informasiyaya görə isə, internet şəbəkəsinə sərbəst girişdə Çin hökumətinin təxminən 2.6 milyon adamın şəxsi məlumatlarını topladığı bir məlumat bazası tapılıb. Bu barədə “Financial Times” yazıb. Məşhur nəşrə bu haqda “GDI Foundation” qeyri-kommersiya təşkilatının kiber təhlükəsizlik üzrə mütəxəssisi Viktor Geversiz danışıb. Onun sözlərinə görə, həmin bazaya daxil edilənlərin çoxu Sintzyan Uyğur Muxtar Regionunun sakinləri olan müsəlman uyğur türkləridir. Geversiz qeyd edib ki, real zaman rejimində məlumat bazasında hər hansı bir şəxsin hazırkı yeri, fotoşəkli, adı, ev ünvanı, işi və s. barədə məlumatlar var.

“Bu məlumat bazası azlıqları izləmək üçün əlaqədar Çin hökumətinin müvafiq strukturları tərəfindən istifadə olunur”. Bunu isə “Security Discovery” konsaltinq şirkətinin əməkdaşı Bob Dyaçenko söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...