Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Cinayət hadisələrini vaxtında çatdıran elə müsəlmanlardır”

FTB-dən müsəlmanlara dəstək…

Müsəlmanlar təxribatlardan uzaqdırlar və hüquq-mühafizə orqanları ilə daim əlaqədədirlər.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Federal Təhqiqat Bürosunun direktoru Ceyms Komi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın müsəlmanlar haqqında iddalarına cavab olaraq deyib.

“Müsəlmanlar istər öz dinlərdən olanların, istərsə də digərlərinin cinayət törətməsini istəmir. Bizimlə daim əlaqədə olan, cinayət hadisələrini vaxtında çatdıran elə müsəlmanlardır”,  – Komi bildirib.

Qeyd edək ki, Donald Tramp müsəlmanların radikal şəxsləri hüquq-mühafizə orqanlarından gizlətdiyini söyləmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir