Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Çində 10 müsəlman şagird gizlincə həbs edildi

İşğalçı Çinin 10 uyğur müsəlman şagirdi gizlincə tutaraq həbs etdiyi bildirilir

Çin rəhbərliyi Şərqi Türküstanda yaşayan müsəlman uyğur türklərinin Guangdong şəhərindəki 75 nömrəli liseyin nəzdində açdığı xüsusi “Xinjiang sinifləri”ndə təhsil alan 10 şagirdi gizli tutaraq həbs etdikləri deyilir.

Uyğur şagirdlərin həbs edilməsi isə çinli vəkilin açıqlaması ilə ortaya çıxıb.

Vəkil Yi, müvəkkili Tang ilə eyni kamerada qalan Kaşgarlı Abdullah adlı bir uyğur şagirdin 2-si qız olmaqla 10 müsəlman uyğurun “terror fəaliyyətlərində iştirak etdikləri” günahlandırılması ilə tutulduqlarını və bu həbsxanada həbs edildiklərini açıqlayaraq hər şeyi üzə çıxarıb.

Müvəkkili ilə birlikdə kamerada qalan Kaşgarlı uyğur şagird Abdullahın 75 nömrəli Guangdong liseyinin xüsusi “Xinjiang sinfi”ndə cəmi 133 uyğur şagirdin təhsil aldığını, bunlardan içində özü da olmaqla 10 şagirdin bir neçə həftə bundan əvvəl terrorçu adlandırılaraq gizlincə tutulduqlarını və ailələrinin də onların həbs olunmasından xəbərsiz olduqlarını bildirərək “mən bu il universitetə daxil olmuşam. İmtahandan 2 gün sonra məni həbsxanaya atdılar” sözlərini əlavə edib.

“Din.az” xəbər verir ki, “Azad Asiya Radiosu”nun müxbirləri 75 nömrəli liseyin bağlı saxlandığı bölgənin polis mərkəzinə zəng edərək hadisə haqqında ətraflı məlumat almaq istədiklərini, lakin Polis Mərkəzinin işçisinin onlarla danışmaqdan imtina etdiklərini açıqlayıb.

Lakin Şinhua bölgəsində bir polis hadisəni təsdiqləyib, ancaq ətraflı məlumat verə bilməyəcəyini ifadə edib: “Bu mövzuda məlumatın var, ancaq bu barədə xüsusi orqanlar tərəfindən araşdırma aparılır və daha çox danışa bilməyəcəm. Çünki bu mövzuda qəti şəkildə məlumat verməmək qərarı var”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...