Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
Wenzhou_Dongyang_C_2938889c

Çində 1700-ə yaxın kilsənin xaçı söküldü

Share Button

Çin hökuməti xristian kilsə və məbədlərinin üzərində olan xaçların sökülməsinə dair kütləvi surətdə fərmanlar verir. […]

Çin hökuməti xristian kilsə və məbədlərinin üzərində olan xaçların sökülməsinə dair kütləvi surətdə fərmanlar verir. Son iki ildə xristianlıq rəmzi olan xaç 1200-1700 kilsədən sökülüb.

“Din.az” bildirir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Çin hökumətinin hədəfinə əhalisinin əksəriyyəti xristian dininə etiqad edən Çjetszyan əyaləti tuş gəlib. Çində ümumilikdə təqribən 60 milyon xristian yaşayır. Xaçları sökülən kilsələrin sayı barədə məlumat material sahibinin əyalətə səyahəti zamanı sorğuladığı yerli sakin və məmurlara əsaslanır.

“Bununla mübarizə aparmaq çətindir. Biz yalnız diz üstə oturub dua edə bilərik”, – deyə Şuytoudakı kilsənin rəhbəri bildirib. 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top