Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Çində 82 yaşlı uyğur İslam alimi şəhid oldu!.. – Amansız işgəncələrdən…

Qurani-Kərimi uyğur dilinə tərcümə etmiş məşhur alim şəhid edilib.

O, 1986-cı ildə Qurani-Kərimi uyğur dilinə tərcümə etmişdi…

82 yaşlı tanınmış uyğur alim Şeyx Məhəmməd Saleh Hacim, Çinin həbsdə saxlandığı Sincan-Uyğur muxtar bölgəsində işgəncələrdən şəhid olub. Din.az-ın verdiyi xəbərə görə, görkəmli İslam xadimi uyğurların “şüur səviyyəsinin yüksəldilməsi və islah olunmaları” üçün zorla gətirildiyi “siyasi islah mərkəzində” həlak olub.

Çin hakimiyyətinin icazəsi ilə 1986-cı ildə Qurani-Kərimi uyğur dilinə tərcümə etmiş məşhur alim yanvar ayında şəhid edilsə də, onun ölümü rəsmən yalnız indi -yayın əvvəlində məlum olub. Ahıl yaşlarındakı alim həbsdə olduğu zaman çinlilər tərəfindən amansız münasibət və işgəncələrə məruz qalmışdır. Şeyx Məhəmməd Salih Hacim ən hörmətli və nüfuzlu Uyğur teoloqlarından biri sayılırdı.

“Associated Press” agentliyi bir müddət öncə Çində “siyasi islah” düşərgələrində işgəncələrin tətbiq edilməsi haqqında məlumat verib. Ancaq Çin hakimiyyət orqanları “Məxfi” qrifi altında həyata keçirilən “siyasi islah mərkəzləri” proqramı ilə bağlı şərh verməkdən çəkinmişlər. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...