Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ÇİNDƏ İLK MÜSƏLMANLAR

Çində ilk məscid ticarət məqsədiylə buraya gələn müsəlmanlar tərəfindən tikdirilib.

Çində təxmini olaraq 1400 illik tarixi olan İslam dini bu ölkəyə ilk dəfə Tanq xanədanlığı dövründə, 7-ci əsrdə Ərəb və İranlı tacirlər vasitəsiylə gəlib. X əsrə qədər coğrafi və diplomatik əlaqələr vasitəsi ilə güclənib.

 

“Din.az” “A24.Az”a istinadən bildirir ki, Qədim Çin mənbələrində ilk müsəlmanlardan “daşi” deyə bəhs edilir. Bundan əlavə 651-ci ildə xəlifə Osmanın dövründə, Çin paytaxtı Çanqana elçi göndərildiyi də məlumdur.

Çində ilk dəfə ticarət məqsədiylə məskunlaşan müsəlmanlar tərəfindən Quancşou şəhərində 627-ci ildə “Huaişenq Məscidi” və Xian şəhərində 742-ci ildə “Böyük Xian Məscidi” tikilir. Çinli Müsəlmanlar Quançşou, Quançşou və Hanqzou kimi cənub Çinin sahil şəhərlərinin, eləcə də Çanqan, Kaifenq və Yanqzou kimi mərkəzi şəhərlərdə yayılmağa başladılar.

Müsəlmanlar Çinlə ticarət aparmaqla yanaşı siyasi əlaqələr də qurmuşdular. 751-ci ildə Abbasilər və Karluklar ilə Çin ordusu arasında Talas müharibəsi baş verir. Bu müharibəyə baxmayaraq müsəlmanlar ilə çinlilər arasında iş əlaqələri yaranır. Müsəlmanlar Kansu əyalətində Su-Tsunq adlı imperatora “An Luşan” üsyanını yatırması üçün kömək edir. Əlavə olaraq IX əsrin əvvəllərində Tanq və Abbasi ordularının əməkdaşlığıyla Tibetlilərə qarşı müharibəyə başlayırlar. Abbasi xəlifəsi Harun ər-Rəşid dövründə Çanqan şəhərinə elçi göndərilir. Onun adı Tanq Xanədanlığı mənbələrində A-lun olaraq qeyd edilir.

Müsəlmanlar ilk dövrlərdə Çində dəniz ticarət yollarıyla da əlaqələrini gücləndirirlər. Bəsrə limanından Hindistana və sonra cənub Çinə ticarət gəmiləri gedir. VII əsrdə Kanton ərazisində müsəlman əhali iki yüz minə çatır.

Müsəlmanların Tanq dövründə qurduqları ticari və siyasi əlaqələr, X və XIII əsrlər arasında Sonq imperatorluğu dövründə artaraq davam edir. İdxal, ixrac və liman sahələrində ixtisaslaşan müsəlmanlara Quanzhou kimi vacib limanların idarəedilməsi verilir. Çinlilər ilə mədəniyyət sahəsində əlaqələri artan müsəlmanlar sayəsində, İbn Sinanın “Əl Qanun Fit Tibb” əsərində adı çəkilən dərmanların bir qismi Çin tibb kitablarına əlavə edilir. Yenə Sonq xanədanlığı dövründə Ərəb hekayətçilər fantastik Çin hekayələri nəql etməyə başlayır, bu hekayələrin bir hissəsi “1001 gecə nağılları”na da əlavə edilir.

XI əsrin əvvələrində isə Sonq imperatoru Şenşonq Buxara şəhərindən bir qrup müsəlmanı ölkəsinə dəvət edir və Liao dövlətinin sərhədində məskunlaşdırır. Bu müsəlmanların lideri olan Əmir Seyyid (Çincə: So-fe-ir) dövründə İslam dininə “dashi fa” əvəzinə “Huihui Jiao” deyilməyə başlanır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...