Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Çində məscidlər dağıdılır

Çində müsəlmanların hüququ pozulur.

Çin hökuməti Uyğur Muxtar Bölgəsində ictimai təhlükəsizliyə zidd olduğu iddiası ilə son üç ayda 3500 məscidi dağıdıb.

“Din.az” “A24.az” saytına istinadən xəbər verir ki, Çinin işğalı altında olan Uyğur Muxtar Bölgəsində 3500 məscid ictimai təhlükəsizlik səbəbilə dağıdılıb. Bölgədəki demoqrafik dəyişikliyi qarşısına məqsəd qoyan Çin hökuməti məscidlərin xarabalıq olduğunu irəli sürərək onları sökməkdə davam edir.

buddhist-monks-other-people-protest-against-visit-myanmar-by-high-level-delegation

Çin hökuməti Uyğur bölgəsində 23 milyon müsəlmanın yaşadığını iddia etsə də akademik mənbələr bu rəqəmin 50 milyondan artıq olduğunu qeyd edir.

Çin rəhbərliyi “Sabitliyi qorumaq” məqsədilə bölgədəki məscidlərə 350 məmur təyin etdiyini açıqlayıb.

8cb1397880ab0ad8fe2d4791aa448777

Müsəlmanların çox yaşadığı Şərqi Türküstan, Uyğur Muxtar Bölgəsində dini fəaliyyətlərə göstərdiyi təzyiqlə gündəmə gələn Çin bölgədə oruc qadağası ilə yanaşı hicab, burka və saqqala da bəzi qadağalar qoyub.

Xristianların çox yaşadığı ölkənin şərqindəki Cıcianq əyalətində missonerlik fəaliyyətlərinə qarşı qanunsuz olaraq bir neçə il ərzində 500-ə yaxın kilsə dağıdılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...