Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çində müsəlmanlara qarşı AĞLASIĞMAZ ADDIM

Çin Şərqi Türküstanda yaşayan müsəlmanlara qarşı təzyiqlər göstərir.

Çin ölkədəki həbsxanaların yanında fabrik inşa edərək, müsəlmanları pulsuz işlədəcək.

Din.az xəbər verir ki, bunu Şərqi türküstanlı dosent Ərkin Emet deyib. O, Çinin Şərqi Türküstanda yaşayan müsəlmanlara qarşı göstərdiyi təzyiqi özlərinin də etiraf etdiyini bildirib:

“Hazırda Şərqi Türküstanda çox sayda həbsxana tikilir. Məqsədləri bu həbsxanaların yanında fabriklər tikərək, pulsuz işçi qüvvəsindən istifadə etməkdir. Onsuz da müsəlmanlara tətbiq etdikləri işgəncələrlə onları beyinlərindən istifadə etmədən yaşayan insanlara çevirməyə çalışırlar. Bütün bunların nəticəsində insanların əlində qalan tək şey – fiziki qüvvələrindən istifadə etmək istəyirlər”.

Şərqi türküstanlı professor Əbdülrəşid Cəlil Karluq isə Şərqi Türküstanda son 3 il ərzində 234 həbsxana tikildiyini bildirib:

“234 həbsxana zülmün nə qədər böyük həcmdə olduğunu göstərir. Çin artıq bu rəqəmləri gizlətməyə belə ehtiyac duymur. Çünki Çində daxildəki vəziyyətin xaricə necə bildirilməsi ilə bağlı siyasi ənənə var. Düşərgələri də inkar etdilər. Peyk vasitəsilə düşərgələr ortaya çıxan kimi dedilər ki, təlim düşərgələridir. Tikilən həbsxanaların yalnız sayı belə çox şey deyir”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...