Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Çində oruc tutmaq qadağan olundu

Share Button

Çində Uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində məmurlar, şagirdlər və uşaqların oruc tutması qadağan edildi

FILE - In this file photo taken Tuesday, July 7, 2009, Uighur women grab a police officer as they protest in front of journalists visiting the area in Urumqi, China. Nine Uighurs have been executed for taking part in ethnic rioting that left nearly 200 people dead in July, the first suspects put to death in the unrest, the official China News Service reported Monday, Nov. 9, 2009. (AP Photo/Ng Han Guan, File)

Çin Kommunist Partiyası, uzun illər olduğu kimi bu il də müsəlmanların Ramazan ayında oruc tutmasına maneə törətməyə çalışır.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Çin rəhbərliyinin internet saytlarında, Uyğur türklərinin sıx yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində məmurlar, şagirdlər və uşaqların oruc tutmasının qadağan edildiyi bildirilib. 10 milyondan çox müsəlman uyğur türkünün yaşadığı bölgədə, bəzi restoranların açıq qalmasına əmr verilib.

İnternet saytlarından bildirildi…

Sincan Uyğur Muxtar Bölgəsində yerləşən Korla şəhərinin internet saytında verilən elanda “Partiya üzvləri, kadrlar, məmurlar, şagirdlər və uşaqlar Ramazan boyunca oruc tutmamalı və dini fəaliyyətlərdə iştirak etməməlidir. Qida və içki satan dükanlar bağlanmamalıdır” kimi ifadələr işlədilib.

Tiekeqi qəsəbəsinin səlahiyyətlilərindən olan Ahmetcan Tohti, partiya üzvləri, işçilər, məmurlar, şagirdlər və uşaqların Ramazan boyunca hətta məscidlərə də girə bilməməsini bildirib.

Çin, uyğurların inancını təhdid olaraq görür…

Məhdudiyyətləri tənqid edən sürgündəki Dünya Uyğur Konqresinin sözçüsü Dilşat Raşit, “Çin, uyğurların inancının Pekinin liderliyini təhdid etdiyini düşünür”, – deyə qeyd edib.

Kommunist Partiyası dini icmaları ciddi şəkildə nəzarət etməyə çalışır…

Çini idarə edən və rəsmi olaraq ateist olan Kommunist Partiyası, ölkədə yaşayanların inanc azadlığının olduğunu iddia etsə də, dini icmaları ciddi şəkildə nəzarət etməyə çalışır. Uyğur fəallar bu vəziyyətin etnik gərginliyi artırdığını, etnik gərginliyin də son illər minlərlə insanın ölümünə səbəb olduğunu bildirib. Çin isə Sincanda baş verən qarşıdurmaları “radikal din” və “terror təhdidi” ilə suçlayır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir