Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ÇİNDƏ QURAN OXUMAĞI ÖYRƏDƏN MÜSƏLMAN HƏBS EDİLDİ

Çində yaşayan 56 etnik azlıqlardan 10-u müsəlmandır.

Çinin Sincan Uyğur Özərk bölgəsində sosial mesajlaşma vasitəsi ilə Qurani-Kərimi öyrədən şəxsə 2 il həbs cəzası kəsilib.

Din.az-ın “A24.az”a istinadən əldə etdiyi məlumata görə, Sincanda yaşayan və Hui etnik qrupuna mənsub olan Huang Şıkının “wechat” vasitəsilə dərs keçdiyi və təqribən 100 üzvü olan qrupda Qurani-Kərim oxumağı öyrədərək internet və dini fəaliyyətlərlə əlaqədar qanunları pozduğu irəli sürülüb.

Huang bu fəaliyyəti ilə qanundan kənar Quran oxumağı öyrətdiyi üçün 2 il həbs cəzasına məhkum edildiyi bildirilən xəbərdə onun təhlükəsizlik qüvvələri tərəfindən 2016-cı ildə nəzarət altına alındığı deyilir.

Çində yaşayan müsəlmanlar…

Çində yaşayan 56 etnik azlıqlardan 10-u müsəlmandır. Hui (Çin müsəlmanları) ilə uyğur, Qırğızıstan, qazax, tacik, tatar, özbək, salar, baoan və dongşiang etnik azlıqları əsasən ölkənin şimal və şimal-qərbində yaşayır.

Hui və uyğurların Ningşiya Hui Muxtar Vilayəti və Sincan Uyğur Özərk adlı iki bölgəsi, bəzi əyalətlərdə müsəlmanlara aid kiçik muxtar ərazilər yer alır

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...