Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Çində son üç ildə 20-dən çox məscid dağıdılıb

2016-cı ildən 33 bina tamamilə, bəzilərinin isə bir hissəsi dağıdılıb.

Çinin Sintszyan əyalətində 3 il ərzində 20-dən çox məscid dağıdılıb.

Din.az xəbər verir ki, Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur avtomonm regionunda məscidlərin dağıdılması jurnalistlərin peyk vasitəsilə çəkilmiş 90 şəkil əsasıda apardıqları araşdırma zamanı məlum olub. Məlumata görə, 2016-cı ildən 33 bina tamamilə, bəzilərinin isə bir hissəsi dağıdılıb. Dağıdılan tikililər arasında günbəzlər və minarələr də var. Onlardan ən böyüyü İmam Asim məbədidir.

Çinin Xarici İşlər Nazirliyində isə müsəlman azlıqların hüquqlarının pozulmadığı və onlarda məscidlərin dağıdılması ilə bağlı hər hansı məlumatın olmadığı bildirilib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...