Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Çində uyğurlara qarşı terror güclənir – Yüzdən çox ziyalı zindana atılıb, 2 milyon müsəlman zillət içindədir

Dünyanın bir çox yerində Çin siyasətinə qarşı etiraz aksiyaları keçirilib.

2017-ci ildə itkin düşdükdən bir müddət sonra gizli məhkəmədə edam cəzasına məhkum edildiyi bildirilən uyğur lideri, Kommunist Partiyasının üzvü və Sincan Universitetinin prezidenti Taşpolat Tiyip haqqında “CNN” geniş məqalə hazırlayıb.

Din.az bildirir ki, yazıda qeyd olunur ki, Çin dövləti coğrafiya professorunun həbsi ilə bağlı heç bir açıqlama verməyib. Yüzlərlə digər uyğur ziyalıları kimi Çin hökuməti onu da yoxa çıxardıb.

Professor Tiyipə 2017-ci ilin sentyabrında iki illik şərti ölüm hökmü kəsilib. “Amnesty İnternational” təşkilatı bununla bağlı bəyanat yaymışdı. Dünyanın mindən çox alimi və Amerika Coğrafiyaçılar Birliyi Çin prezidenti Tsi Cinpinqə müraciət edərək professor Tiyiplə bağlı edam hökmünün ləğv edilməsini və onun sərbəst buraxılmasını istəyiblər. Dünyanın bir çox yerində, o cümlədən Almaniyanın Münhen şəhərində Taşpolat Tiyipin azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilib.

Çinin dövlət mediası tərəfindən uyğur professor “ikiüzlü” olmaqda ittiham olunur. Deyilir ki, o, Kommunist Partiyasını ictimai şəkildə dəstəkləyib, lakin özəl söhbətlər zamanı isə partiyanın yeritdiyi siyasətə qarşı çıxıb.

Çin hökuməti tərəfindən 2014-cü ildə uyğur xalqına qarşı başlayan geniş kampaniya dünyanın müxtəlif yerlərində etirazla qarşılanıb. Cin bu kampaniya vasitəsi ilə uyğurların assimilyasiyasına nail olmağa çalışır.

Son təzyiqlərdən əvvəl professor Tiyip Çində mövcud olan ağır şərtlər altında belə, çox uğurlu karyera yüksəlişinə nail olmuşdu. O, 2008-ci ildə Fransada “Ecole Pratique des Hautes Etudes”dən fəxri doktor dərəcəsi almışdı. Çin dövlət mediası onu model olaraq etnik azlıqların lideri kimi tərifləyən məqalələr dərc edib. Taşip Tiyip “traktor sürücüsündən Paris Universitetinə qədər” yol keçmişdi. 2010-cu ildə Sincan Universitetinin prezidenti oldu.

İngiltərənin “Financial Times” qəzeti onun haqqında yazmışdı ki, o, 2017-ci ildə “vətəni (Çin) parçalamaq üçün gizli hərəkət qurmaqda” ittiham olunur.

Çin uyğur etnik kimliyinə qarşı müharibə aparır. Beynəlxalq təşkilatların məlumatına görə, 2 milyon uyğur hazırda “maariflənmək” adı altında həbsxanalarda saxlanılır. Rəsmi Pekin bəyan edir ki, müsəlmanları islah etmək üçün belə bir addım atıb.

Məqalədə qeyd olunur ki, hazırda uyğur əsilli yüz nəfərdən çox ziyalı Cin zindanlarında saxlanılır. Onlar uyğur xalqının Çinə qarşı çıxması istiqamətində fəaliyyət göstərməkdə suçlu bilinirlər. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...