Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çindən 11 min müsəlman Həcc ziyarətindədir

Çin müsəlmanları dünyadakı bütün müsəlmanlar üçün vacib dini ibadətlərini yerinə yetiriblər.

Bu il Çindən təxminən 11 min müsəlman Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Din.az bildirir ki, Çin müsəlmanları dünyadakı bütün müsəlmanlar üçün vacib dini ibadətlərdən olan Həcc ziyarətini yerinə yetirmək üçün Sincan Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhərindən çarter reysləri ilə Səudiyyə Ərəbistanına gediblər.

Çin müsəlmanları 1995-ci ilədək pərakəndə halda həcc ziyarətinə gedirdilər. Amma o zamankı baş nazir Cou Enlayın Səudiyyə Ərəbistanı rəsmiləri ilə danışıqlarından sonra Çin müsəlmanlarının Həcc ziyarətini Çin İslam Assosiasiyası təşkil edir. Bura ziyarətə gedənlərin bələdçi ilə təmin olunması, tibb xidmətləri, təhlükəsizlik məsələləri, qonaqlama və nəqliyyat xidmətləri də daxildir.

Qeyd edək ki, rəsmi statistikaya əsasən müsəlmanlar Çin əhalisinin 0,45 faizini təşkil edir. Müxtəlif etnik qruplardan olan 30 milyondan çox müsəlman əsasən Sincan Uyğur və Ninsia Huy muxtar rayonlarında, Çinxay və Qansu vilayətlərində yaşayırlar. Hazırda Çində 23 mindən çox məscid və 40 min imam fəaliyyət göstərir. Bu məscidlər içərisində İslam tarixində və memarlığında xüsusi yeri olan Guancou şəhərindəki Xuayşen və Çuancoudakı Çincin məscidləri, habelə Siandakı Böyük məscid, Pekindəki Niucie və Kaşğardakı İdkah məscidi də var. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...