Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çindən mübahisələrə səbəb olacaq qərar: İslam dini Çinin maraqlarına uyğunlaşdırılacaq

Çin 5 il ərzində İslamı özünə uyğunlaşdıracaq planı qəbul etdi.

Uyğur türklərinə qarşı mübahisəli qərarları səbəbilə tənqid edilən Çin hökuməti İslamı özünə uyğunlaşdırmaq məqsədi güdən qanun layihəsini həyata keçirib. Həmin qanun layihəsi İslam dinini sosializmə uyğunlaşdırmaqdan ibarətdir.

“Global Times” qəzetinə müashibə verən Çin məmurlarından biri bu planın yalnız İslam dinilə məhdudlaşmadığını bildirib.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, Çin mətbuatının yazdığına görə bu plan İslam dinini Çin maraqlarına uyğun vəziyyətə gətirmək, beləliklə, ölkədəki dinlərə nəzarət etməyi asanlaşdırmaq məqsədi daşıyır. Bir müddət əvvəl Çin hökumətinin bəzi rəsmi şəxsləri dinin sağaldılması zəruri olan psixi xəstəlik olduğunu bildiriblər.

Qeyd edək ki, Çinin bəzi yerlərində namaz qılmaq və oruc tutmaq qadağan edilir, saxlanılanlar həbs edilir.

BMT-nin statistikasına görə təxminən 1 milyon müsəlman uyğur türkü Çinin “təhsil mərkəzi” kimi qələmə verdiyi düşərgələrdə saxlanılır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...