Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib

021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr aparılır.

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Din.az  bildirir ki, toplantıda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Tədbir çərçivəsində İHİF-in prezidentliyinə namizədi şəhzadə Abdulaziz bin Turki al-Faysal Ç.Hüseynzadə ilə görüşüb və qurumun fəaliyyəti haqqında müzakirə aparılıb.

Həmçinin İHİF-in baş katibi Mohammed Saleh Al-Qarnas, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malbum təşkilatın hesabatı ilə çıxış ediblər.

Xatırladaq ki, bu gün qurumda növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək. Assambleya çərçivəsində İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcək. Əlavə olaraq hesabat çıxışları, 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr gündəlikdə olan məsələlər sırasındadır. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...