Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çinlə Vatikan arasında tarixi müqavilə

Bu müqavilə ikitərəfli səviyyədə daha böyük iş birliyi şərtləri yaradır.

Vatikan və Çin arasında uzun zamandır problem təşkil edən yepiskopların təyin olunmasına dair kilid əhəmiyyətli müqavilə imzalanıb.

Din.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vatikan Mətbuat Ofisindən verilən açıqlama verilib.

Açıqlamada Vatikan ilə Çin arasında yepiskopların təyin olunmasına dair müvəqqəti müqavilə imzalandığı bildirilib. Müqavilənin Çinin paytaxtı Pekində Vatikan Dövlətlərarası Əlaqələr Nazirliyi Müşaviri Antuan Camilleri ilə Çin Xarici İşlər Nazirinin Müavini Wang Chao tərəfindən imzalandığı qeyd olunub.

Qarşılıqlı və mərhələli razılaşmanın nəticəsi olduğuna diqqət çəkilən açıqlamada, müqavilənin tətbiqi metodunun dövri olaraq nəzərdən keçirilməsi qeyd edilib. “Müqavilə, kilsənin varlığı üçün son dərəcə əhəmiyyətli olan yepiskopların təyin olunması məsələsi ilə bağlıdır və ikitərəfli səviyyədə daha da böyük iş birliyi şərtləri yaradır. Müqavilənin institusional dialoq məsələsində səmərəli və irəliyə doğru bir prosesə yardımçı olması və Çin xalqının fayda və dünya sülhü adına Çindəki Katolik kilsələrin varlığına müsbət töhfə verməsi yönündədir”, – deyə açıqlamada bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...