Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

CİNSİ YOLLA KEÇƏN XƏSTƏLİKLƏR

Bu gün gənclər cinsi həyata çox erkən başlayırlar.

Hazırda tibbdə 20-dən çox cinsi yolla keçən xəstəlik qeydə alınmışdır. Qadın cinsiyyət üzvlərinin spesifik iltihabi xəstəliklərinə trixomoniaz, süzənək, xlamidoz, kandidoz, mikoplazmoz, bakterial vaginoz, herpes, sitomeqalovirus, pappilomavirus infeksiyaları, İİV infeksiyası, qadın cinsiyyət üzvlərinin vərəmi və sairə aiddir. Son illər 20-24 yaş qrupunda cinsi yolla yayılan xəstəliklərin səviyyəsinin artması bir sıra səbəblərlə izah olunur.

14218279591

“Din.az” “A24.Az”a istinadən bildirir ki, müasir dövrdə gənclərin əvvəlki illərə nisbətən cinsi həyata erkən başlaması və çoxsaylı cinsi partnyor dəyişmələri, həmçinin hamiləlikdən qorunma tədbirləri içərisində kondomlar, antiseptik yerli preparatlar əvəzinə döllənmə əleyhinə həblərindən istifadə edilməsi bu xəstəliklərin yaylmasına gətirib çıxarır. Bundan əlavə bəzi amillər də cinsi yolla keçən xəstəliklərin artmasına səbəb olur:
-zərərli vərdişləırə meyillilik
-seksual davranış qaydalarının dəyişməsi
-beynəlxalq turizm
-urbanizasiya
-əhalinin miqrasiyası.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...