Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Çipras müsəlmanlar üçün məscid tikiləcəyinə söz verdi

Share Button

Yunanıstanın baş naziri ölkəsindəki müsəlmanlar üçün məscid və qəbirstanlıq inşa edəcəkləri haqda sözü…

Yunanıstanın baş naziri Aleksis Çipras azlıq haqlarını inkişaf etdirmək üçün paytaxt Afinada məscid və müsəlman qəbirstanlığı inşa ediləcəyini açıqlayıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Starsburqda Avropa Şurasında “Əmək islahatı”nı müdafiə etdiyi çıxışı zamanı Çipras ölkədəki azlıqların hüquqları çərçivəsində müxtəlif tənzimləmələr ediləcəyini dilə gətirib.

Bu addımların daha əvvəl atılması lazım olduğunu vurğulayan Çipras, “sadəcə paytaxtımızdakı müsəlman vətəndaşlarımıza hörmət etdiyimiz üçün deyil, öz dəyərlərimizi də fəal bir şəkildə müdafiə etmək üçün də bu addımları atmağımız lazım idi” deyib.

Çipras, azlıq haqlarını inkişaf etdirmək üçün bir sıra planın həyata keçiriləcəyini bildirərək, “qarşımızdakı müddət ərzində Afinada məscid və müsəlman məzarlığının inşasına doğru irəliləyirik” ifadəsinə də işlədib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir