Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

CNN, müsəlman qadını İŞİD-çi olaraq göstərdi

CNN-in İslama olan düşmənçiliyi sərhəd tanımadı

CNN-nin İŞİD-in təşkilatlanması ilə bağlı hazırladığı videoda İŞİD-lə hər hansı əlaqəsi olmayan amerikalı müsəlman bir qadının fotoşəklini istifadə etdiyi ortaya çıxıb.

Vaşinqtonda yaşayan müsəlman bir qadın həyat yoldaşının CNN-də yayımlanan İŞİD-lə bağlı bir videoda təsadüfən öz fotoşəklini görməsi ilə şoka düşüb.

Qadının müraciət etdiyi Amerika-Ərəb ayrı-seçkilik əleyhinə komitənin direktoru Abid El-Eyüb “Fikirləşin, İŞİD-in təşkilatlanması ilə bağlı bir video izləyərkən birdən öz fotoşəklinizi görürsünüz. Qadın özü şoka düşüb, çox əsəbləşib və həyat yoldaşının ona inanmayacağını hesab edib” deyə qeyd edib.

“Din.az” xəbər verir ki, CNN adı açıqlanmayan başı bağlı qadının görüntüsünü, qadının Amerika bayrağının qarşısında ölkənin himnini oxuyarkən görüldüyü, 10 illik bir videodan alıb. Kanalın bu görüntüləri niyə İŞİD-lə bağlı bir videoreportajda istifadə etməsi isə məlum deyil.

Hadisə ortaya səs-küy salandan sonra video yayımdan götürülüb.

cnn

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...