Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

CNN: Səudiyyə rejimi jurnalistin konsulluqda öldürüldüyünü etiraf etməyə hazırlaşır

Camal Kaşıkçı konsulluqda dindirilmə zamanı təsadüfən öldürülüb?

CNN telekanalının son dəqiqə xəbərinə görə Səudiyyə Ərəbistanı rejimi müxalif jurnalist Camal Haşoginin (Camal Kaşıkçı) bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyünü etiraf etməyə hazırlaşır.

Din.az Virtualaz.org-a istinadən xəbər verir ki, telekanal bunu Ankaradakı mənbələrə istinadən bildirir.

Məlumata görə Səudiyyə rejimi jurnalistin “konsulluq binasında dindirmə zamanı təsadüfən öldürüldüyünü” bəyan etməklə vəziyyətdən çıxmağa çalışacaq. Və bu hadisəyə görə konsulluq əməkdaşlarından bəziləri günahkar elan ediləcək. Mənbə bildirir ki, Səudiyyə Ərəbistanı hökumətinin rəsmi bəyanatı üzərində hazırda iş gedir və bəzi detallar yenidən nəzərdən keçirilir.

Camal Xaşogi oktyabrın 1-də sənəd almaq üçün konsulluğa daxil olub və orada “yoxa çıxıb”. Onun konsulluğa daxil olmasından bir neçə saat əvvəl Səudiyyə Ərəbistanından iki “Gulfstream” təyyarəsi ilə 15 nəfərlik qrup gəlib. Qrupun üzvlərinin xüsusi xidmət əməkdaşlarından və jurnalisti öldürmək üçün gələn cəlladlardan, o cümlədən elektrikli mişarla silahlanmış patalloji anatomiya mütəxəssisindən ibarət olduğu təsbit edilib. Türkiyə qaynaqları jurnalistin konsulluqda işgəncə verilərək öldürüldüyünü, cəsədinin doğranılaraq mikroavtobusla binadan çıxarılıb naməlum istiqamətə aparıldığını bildirir. Səudiyyə tərəfi isə bu ittihamları rədd edidi, jurnalistin konsulluğa girəndən qısa müddət sonra oranı tərk etdiyini bildirirdi.

Ötən axşam nəhayət Türkiyə polisinin və kriminalistlərinin konsulluq binasında axtarış aparmasına icazə verilib. Çoxsaylı kriminalistlərin və təhqiqatçıların iştirakı ilə aparılan araşdırma gecə səhərə qədər davam edib. Jurnalistlər içəri buraxılmayıb. Binanın bütün işıqları söndürülüb və pəncərədən mavi işıq görünüb. Mavi işıq taktikası cinayət yerinin araşdırılması üçün tətbiq edilir. Əvvəlcə hadisə yerində əşyaların üzərinə luminal adlanan maddə püskürdülür. Daha sonra həmin maddənin üzərinə mavi-yaşıl işıq salınır və həmin maddə işıqla reaksiyaya girir, nəticədə silinmiş qan izlərini aşkarlamaq mümkün olur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...