Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Con Kerri müsəlmanları təbrik etdi

Dövlət katibi dünya müsəlmanlarına sevincli Ramazan ayı arzuladı

ABŞ dövlət katibi Con Kerri şəxsən öz adından, eləcə də ABŞ Dövlət Departamentinin adından dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib. 

“Din.az” “Oxu.az”a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Bütün dünyada olan səfirlik və konsulluqlarımız vasitəsilə biz Ramazan ayı ilə əlaqədar hadisələrin dəyərinin nə qədər mühüm olduğunu təsqdiqləyirik. Beləliklə də, biz sosial birliyə sadiqliyi, ictimaiyyətin özünəməxsusluğuna və müxtəlifliyinə hörməti çatdırmağa çalışırıq”.

Dövlət katibi, sayı 1,6 milyard olan dünya müsəlmanlarına sevincli Ramazan ayı arzulayıb.

Dövlət Departamentindən qeyd ediblər ki, Ramazan İslamda çox mühüm olan “dua, oruc, qonaqpərvərlik və daha az təminatlılara diqqət” ayıdır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...