"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Con Kerri və Ancelina Coli iftara qatıldı – FOTO – VİDEO

Share Button

“Müsəlmanları hədəf halına gətirmək terrorist qrupların xeyrinə işləməkdədir”

timthumbABŞ-ın xarici işlər naziri Con Kerri və amerikalı aktrisa Ancelina Coli iftar mərasimində iştirak edib.

“Din.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, xarici işlər naziri Con Kerri və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi, amerikalı aktrisa Ancelina Coli Dünya Qaçqınlar Günü münasibətilə Dulles Bölgəsi Müsəlman Cəmiyyətinin (ADAMS) təşkil etdiyi iftar proqramında çıxış edib.

Çıxışına “Selamün Aleykum” deyərək başlayan Kerri, müsəlman dünyasının ən müqəddəs ayını qeyd etdiklərini bildirərək “Ramazan-ı Kərim” ifadəsini işlədib.

“Bütün qaçqınları toplasaq dünyanın ən sıx əhalisi olan 22-ci ölkə olacaq”

Dünya Qaçqınlar Günü münasibəti ilə çıxışını bu mövzu üzərində davam etdirən Kerri, dünya miqyasında miqrantların sayındakı artıma diqqəti çəkmək üçün “Bütün qaçqınları bir ölkəyə yığsaq dünyanın ən sıx əhalisi olan 22-ci ölkəsi olacaq” deyə qeyd edib.

Kerri, ABŞ-da məskunlaşan miqrantların ölkənin təhlükəsizliyini təhdid altına alması ilə bağlı fikirlərə də sərt reaksiya verərək, “Müəyyən bir nazərətə alındıqdan sonra ABŞ-da məskunlaşmış bu qaçqınların ölkəmiz üçün hər hansı bir təhdid ünsürü olmasından söz belə gedə bilməz”, – deyə bildirib.

 “Müsəlmanları hədəf halına gətirmək terrorist qrupların xeyrinə işləməkdədir”

Müsəlmanlara qarşı nifrət ifadəsini yaratmağın terrorçu qrupların xeyrinə olduğuna diqqəti çəkən Kerri bunları deyib:

“Müsəlmanlara nifrət yağdırmaq, onları hədəfə almaq terrorçu qruplaşmaların xeyrinə işləməkdədir. ABŞ və İslam arasında sanki bir müharibə varmış havası yaratmağa çalışırlar və bu, düzgün deyil. Müsəlmanların ABŞ-dakı kimi azad yaşaya biləcəyi başqa bir ölkə yoxdur”.

john_kerry_ve_angelina_jolie_iftar_programina_katildi_1466488827_533

“İnsanlar bərabər doğulmuşdur, hər kəs bərabər hüquqlara malikdir”

Ancelina Coli də çıxışına, bir çox fərqli dindən olan insanların birlikdə iftar proqramına qatılmasından dolayı duyduğu məmnuniyyəti dilə gətirərək başlayıb.

Artan qaçqınların sayı ilə birlikdə, əcnəbilərə qarşı nifrətin artdığına diqqət çəkən Coli, bu mövzuda hər ölkənin daha çox məsuliyyətli olmasının vacibliyini qeyd edib.

Coli, “İnsanlar bərabər doğulmuşdur və hər kəs bərabər hüquqlara malikdir. Bəzi insanların digərlərindən daha dəyərli olduğunu düşünmək demokratik ölkələrə yaraşmaz” ifadəsini işlədib.

Fərqli dinlərdən olan nümayəndələrin də qatıldığı iftarda, axşam azanını ABŞ ordusunda xidmət edən müsəlman bir əsgərin oxuması isə xüsusilə diqqəti çəkib.

john-kerry-ve-angelina-jolie-iftar-programina-8546126_o

1_1535_3

AP_jolie_kerry_cf_160620_12x5_1600

1569092

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir