Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çox vaxt başqalarının səhvlərini deyir, öz səhvlərimizi isə görmürük

Qəlblərdə olanı və əsl niyyətləri yalnız Allah bilir.

“Mənim qəlbim təmizdir” ifadəsi tez-tez qarşılaşdığımız cümlədir. Çünki çox vaxt başqalarının səhvlərini deyir, öz səhvlərimizi isə görmür, səmimi tənqid etmir, vicdanımızı hesaba çəkmirik.

Çox insan müəyyən mənada günahsız və səhvsiz olduğunu iddia edərək özünü təmizə çıxarmağa çalışır. Lakin ayələr bununla bağlı bizə xəbərdarlıq edir:

“Ey iman gətirənlər! Şeytanın izilə getməyin. Kim şeytanın izilə getsə, şeytan ona iyrənclik və pislikləri əmr edər. Allahın lütf və mərhəməti üzərinizdə olmasaydı, aranızdan bir insan da təmizə çıxa bilməzdi” (“Nur” surəsi, 24/21).

Qəlblərdə olanı və əsl niyyətləri yalnız Allah bilir. Buna görə də hesab günü gözləmədiyimiz şeylərlə qarşılaşa bilərik. Bu səbəbdən, şəxsi mənada qəlb təmizliyi iddiasında olmaq kifayət etmədiyi kimi, mühüm olan qəlb təmizliyi, Allahın razı qalacağı davranışlar göstərməklə həyata keçir.

Bu isə Allahın bizə Quranla bildirdiyi və peyğəmbərimizin həyatında öz əksini tapan prinsiplərin lazımınca, səmimi şəkildə nəzərə alınması ilə mümkündür.

“Şübhəsiz ki, sənin Rəbbin çox bağışlayandır. Sizi ən yaxşı tanıyan Odur: O sizi həm torpaqdan yaratdığı zaman, həm də analarınızın bətnində rüşeym olduğunuz zaman. 

Belə olduğu halda, özünüzü təmizə çıxarmayın; kimin günahlardan çəkindiyini ən yaxşı bilən Odur” (“Nəcm” surəsi, 53/32).

Emre DORMAN

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...