Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
cübbeli

“Bizim qızın bu şəkildə gəlinlik geyinməsindən əsla razı qalmadım”

Share Button

Bacara bilmədik və aciz qaldıq. “Şam dibinə işıq verməz” misalında olduğu kimi

Cübbəli Ahmet Hoca olaraq tanınan Ahmet Mahmut Ünlü, qızı Yüsra Ünlünün toy mərasimində gəlinlik geyinməsinə əsla razı olmadığını söylədi.

“Din.az” xəbər verir ki, özünün sosial səhifəsindən qızı Yüsra Ünülünün Bolulu iş adamı Esat Palazoğlu ilə həyatını birləşdirdiyi toy mərasimi ilə bağlı tənqidlərə cavab verib.

361c1766-f547-4214-828f-fefe65e115b4

“Bacara bilmədik, aciz qaldıq…”

cubbeli-ahmet-hoca_8728Cübbeli Ahmet Hoca, “məlumdur ki, bir toy mərasimimiz oldu, qızımızı evləndirdik. Bu barədə bir çox mənfi və müsbət fikirlərin olduğu xəbərini aldım. Bir açıqlama vermə zəruriliyi hiss etdim. Mənim açıq sözlü olduğumu, haqqı söyləməkdən imtina etmədiyimi bilirsiniz. Təbii olaraq, biz kişi tərəfi deyilik. Toy mərasiminin tərtibi kişi tərəfinə aid idi. Onlar da əllərindən gələni etdilər və ən mükəmməli olsun deyə səy göstərdilər. Mənim müdaxilə edə bilmədiyim anlar oldu. Hicabın növləri fərqlidir, lakin bizim şəhər geyimində çarşafdan istifadə etmədiyimizi bilirsiniz. Təbiidir ki, söz keçmir. Qızlarımızın bəzisi çarşaf geyinir, bəzisi isə geyinmir. Bacara bilmədik və aciz qaldıq. “Şam dibinə işıq verməz” misalında olduğu kimi, insan öz övladını idarə etməkdə aciz qalır. Toyda qadın və kişilərin ayrı olmasını dedik, bunu şərt olaraq qoyduq. Yaxşı, dedilər. Lakin bizim qızın bu şəkildə gəlinlik geyinməsindən əsla razı qalmadım”, – deyə bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top