Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Cümə günü camaat məscidi niyə tərk etdi? – VİDEO

Bu insanlara 52 həftədə düzgün din – Allahın endirdiyi din, Allahın Kitabı öyrədilirmi?

 

Bilirsiniz ki, ildə 52 həftə var. Bu o deməkdir ki, bir müsəlman ildə 52 dəfə cümə günü həm digər müsəlmanlarla birlikdə namaz qılmaq, həm də xütbəyə qulaq asmaq üçün məscidə gedir.

Bəs bu 52 həftəlik kursdan, təlimdən bu insanlar nə isə öyrənirlərmi? Sualı bu cür də qoya bilərik, bu insanlara 52 həftədə düzgün din – Allahın endirdiyi din, Allahın Kitabı öyrədilirmi?

Din.az bildirir ki, ilahiyyatçı Elşad Miri bu video çıxışında Muhəmməd peyğəmbərin xütbələrinin günümüzə gəlib çatmamasından, cümə gününə getməyin qadınlara da Allahın əmri olduğundan, xütbədə danışmağın haram olmamasından, xütbənin hansı formada olmasından bəhs edir.

İlahiyyatçı Elşad Miri ötən cümə günü Bakının ən böyük məscidlərindən birində müsəlmanların niyə cüməni tərk etməsini açıqlayır…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...