Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Cümə xütbəsində imamlar deyil, həkimlər çıxış etdi

Cümə xütbəsində birlikdə həll edilə biləcək məqamlara aydınlıq gətirilməlidir və həyata keçirilməlidir!

Dünən Fələstinin Qəzza şəhərində cümə namazı qılınıb. Bu dəfə xütbəni imamlar deyil, həkimlər həyata keçiriblər. Onlar İslamın təmizliklə əlaqəli ayələri bir daha məscidə yığışanların diqqətinə çatdırıblar. Koronovirus barədə məlumat verib və bu yoluxucu bəladan qorunmaq üçün müvafiq tədbirlərə əməl etməyin əhəmiyyətini xüsusi ilə vurğulayıblar.

Əslində xutbə bu cür olmalıdır. Həm gündəm dəyərləndirilməli, yığışan insanlar maarifləndirilməli və həyata keçirilə biləcək məqamlar qeyd edilməlidir. Birlikdə həll edilə biləcək məqamlara aydınlıq gətirilməlidir.

 

 

P.S. Uca Allah Quranda «Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun» (“Nəhl” surəsi, 16/43; “Ənbiya” surəsi, 21/7), – buyurur. Ayədən aydın olur ki, soruşulmalı şəxslər hər sahənin mütəxəssisi olan insanlardır.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...