Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dağ Yəhudiləri Dini İcmasına “Tövrat” hədiyyə olundu

Müqəddəs kitabın təntənəli şəkildə sinaqoqa gətirilməsi mərasimi keçirilib

ABŞ-da yaşayan Mövsümovlar ailəsi tərəfindən Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasına “Tövrat” hədiyyə olunub.

“Din.az” xəbər verir ki, APA-nın məlumatına görə, bu münasibətlə Dağ Yəhudiləri Sinaqoqunda keçirilən mərasimdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri, ABŞ, Rusiya, Qırğızıstan və bir sıra digər ölkələrin səfirləri, millət vəkilləri və yəhudi icmasının nümayəndələri iştirak edib. Müqəddəs kitabın təntənəli şəkildə sinaqoqa gətirilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən yəhudi icmasının nümayəndələri hədiyyə üçün Mövsümövlar ailəsinə təşəkkür ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycandakı bütün dini konfessiyaların rəhbərlərinin “Tövrat”ın gətirilməsi mərasimində iştirak etdiklərinə diqqət çəkib: “İnanmıram ki, dünyanın hansısa bölgəsində belə ənənə olsun. Azərbaycan dünyəvi dövlət olaraq bütün konfessiyalara hörmətlə yanaşır. Bu, Azərbaycan xalqının tolerantlığının təzahürüdür. Yəhudilər Azərbaycanın ən qədim sakinlərindəndir”.

İsrailin Azərbaycandakı səfiri Dan Stav bugünün yəhudi xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan multikulturalizm ölkəsi olaraq bütün dünyaya nümunə göstərir.

e8532abcf3de62685f93c400f9ee8e61

ce7f26c40e4235b6d38244b6c10e3dfc

c76d033c1962c2e9febe3aa764615df8

c0d071ef7a2b0eda1b979695d0365d5a

ab447454e1d40e49a1e3024de4bbb153

38846096ccdc31d48f580590bacff8e1

4251b0568cdee7865a66b8490202c506

2484b08426ccbe46ec1f053127729c27

36d4353946ea3bf30da75dbbc35659d1

30bc3a98245911fbe1b3caeaa296ead6

5e0e64c3de0f4c0d6d6d151c623997a0

5a285f6755398263ebf9012caee5445d

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...