Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dağıstanda dini hücrəyə əməliyyat: Omarov həbs edildi

Radikal hücrənin rəhbəri və 4 üzvünə qarşı əməliyyat keçirilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda radikal hücrənin rəhbəri və 4 üzvünə qarşı əməliyyat keçiriblər.

Din.az xəbər verir ki, əməliyyatda sözügedən şəxslər saxlanılıb.

Bildirilir ki, 2013-cü ildə Baqavudin Omarov “Ət-Takfir vəl-Hicrə” adlı ektremist qruplaşmanın hücrəsini yaradıb.

“O, əhali arasında Rusiya və ölkə konstitusiya əleyhinə təbliğat aparıb. Həmçinin insanları hücrəyə dəvət etmə, onların dini baxışlarına təsir göstərmə, digər dinlərin nümayəndələrinə qarşı nifrət aşılamaq kimi fəaliyyətlərə başçılıq edib”, – deyə məlumatda bildirilib.

Əməliyyat zamanı hücrəyə aid xeyli dini ədəbiyyat da müsadirə edilib.

Omarova qarşı radikal dini fəaliyyətin təşkili ilə bağlı cinayət işi qaldırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...