Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dağıstanlı zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb

Zəvvarlar Məkkədə qəzaya uğradı, xəsarət alanlar var.

Dağıstanlı zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb.

Din.az xəbər verir ki, bu barədə “Marva-tur” şirkətinin rəhbəri Bulat Qurbanov bildirib.

Qəza nəticəsində bir qadın ölüb, daha 2 şəxs isə xəsarət alıb. Qəza zəvvarlar Məkkədən Dubay hava limanına gedərkən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindən bir neçə km məsafədə baş verib.

“Yol kənarında dayanan və içərisində 47 zəvvar olan avtobusa yük maşını çırpılıb. Bir qadın ölüb, daha ikisi isə yaralanıb”, – B. Qurbanov deyib.

Onun sözlərinə görə, daha bir neçə zəvvarın xəsarət almasına baxmayaraq, onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər: “Digərlərinin vəziyyəti qənaətbəxşdir. Onlar artıq hava limanına yola düşüblər. Ölən qadının yaxını olan oğlu da, digər xəsarət alan şəxslərin yaxınları da Ər-Riyadda xəstəxanadadırlar”. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...