Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür.

Yıldırım: “Biz bir millət, iki dövlətik, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Din.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisində (parlament) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərginin açılışında bildirib.

B.Yıldırım qeyd edib ki, Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yananda olacaq: “Biz bir millət, iki dövlətik, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, eyni zamanda Gürcüstan hər zaman bölgənin rifahı üçün çalışıb: “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Sərginin açılışında Türkiyə parlamentinin sədri İsmayıl Kahraman, həmçinin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...