Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Daha bir ölkə Qüdsdə diplomatik nümayəndəlik açdı

Yaxın Şərqdə gərgin vəziyyət davam edir.

Braziliya Qüdsdə diplomatik nümayəndəlik açıb.

Din.az xəbər verir ki, bunu İsrailin nəqliyyat naziri, xarici işlər nazirinin müavini İsrael Katz bildirib:
“Braziliya prezidenti Jair Bolsonaruya İsrailə səfəri zamanı Qüdsdəki diplomatik nümayəndəliyi açdığına görə təşəkkür edirəm”.

Katz, sosial mediada braziliyalı həmkarı Ernesto Araujo ilə fotosunu da paylaşıb.

Qeyd edək ki, ötən həftə açıqlamasında səfirliklərini Qüdsə köçürəcəkləri ilə bağlı məlumat verən Bolsonaru bildirib ki, Qüdsdə ticarət ofisi aça bilərlər.

İsrailin yerli mediasının xəbərinə görə, Bolsonarunun İsrailə səfəri üç gün davam edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...